İngiltərə Premyer Liqasında çıxış edən "Kardiff" yeni futbolçu transfer edib. Matç.az xəbər verir ki, "Nant"ın hücumçusu Emiliano Sala uelslilərin formasını geyinəcək.

28 yaşlı futbolçu ilə 2022-ci ilin yayınadək müqavilə imzalanıb. "Kardiff" rəhbərliyi transferin məbləğini gizli saxlayaraq açıqlamasa da, Salanın klub tarixinin ən bahalı futbolçusu olduğunu elan edib.

Qeyd edək ki, Sala cari mövsüm "Nant"da keçirdiyi 19 matçda 12 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest