20 Yanvar 2019, 12:59
FUTBOL
"Monako"nun baş məşqçisi Tyerri Anri maraqlı və əsəbi açıqlamalarla diqqət mərkəzinə gəlib. Matç.az saytının məlumatına görə, Liqa 1-in növbəti turunda "Strasburq"la oyundan sonra (1:5) jurnalistlərə açıqlama verən fransız mütəxəssis hakimlərdən şikayətlənib.
O, sözügedən oyunda əleyhlərinə bir neçə qərar verildiyini, VAR sisteminin isə işləmədiyini deyib: "Monako"ya gəlişimdən bəri heç vaxt hakimlik haqqında danışmamışam. Amma artıq səbr kasam daşıb".
Qeyd edək ki, Liqa 1-də 21 oyundan sonra cəmi 15 xal toplayan "Monako" turnir cədvəlinin 19-cu pilləsində qərarlaşıb.