Kilian Mbappe gələcək karyerası haqqında sualları cavablandırıb. Matç.az saytının məlumatına görə, gənc hücumçu "Real"a keçəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

PSJ-nin 20 yaşlı oyunçusu "kral klubu"na keçib-keçməyəcəyi ilə bağlı dəqiq danışmayıb: "Futbolda gələcəyi müzakirə etmək çox çətindir. Bir şeyə əminəm ki, mövsümü PSJ-də başa vuracam. Ondan sonrasına isə baxarıq".

Qeyd edək ki, peşəkar karyerasına "Monako"da start verən Mbappe 2017-ci ildən icarə əsasında, 2018-ci ildən isə daimi əsaslarla PSJ-nin şərəfini qoruyur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest