"Mançester Yunayted"in daha bir keçmiş oyunçusu məşqçilik karyerasına başlayır. Matç.az saytının məlumatına görə, Pol Skoulz özünü yeni ampluada sınamağa qərar verib.

44 yaşlı mütəxəssis yaxın günlərdə "Oldhem Atletik"in baş məşqçisi təyin olunacaq. Klub İngiltərənin İkinci Liqasında (səviyyəcə 4-cü divizion) çıxış edir.

Skoulz burda baş məşqçi vəzifəsini müvəqqəti icra edən Pit Uayldı əvəz edəcək.

Qeyd edək ki, Pol Skoulz 1993-cü ildən 2003-cü ilə kimi 20 il "Mançester Yunayted"in şərəfini qoruyub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest