Qanlı 20 Yanvar faciəsi illər ötdükcə unudulmur. Matç.az saytı xəbər verir ki, xalqımızın yaddaşına həm də qəhrəmanlıq salnaməsi kimi həkk olunmuş tarix futbol icitimaiyyətinin də diqqətindən kənarda qalmır.

ölkə futbolunda öz dəsti xətti ilə seçilən "Forza Neftçi" fanklubu da bu ənənəyə sadiq qalıb.

Fanklubun rəsmi feysbuk səhifəsindən yayılan açıqlamada bildirilib ki, bir qrup azarkeş toplaşaraq birlikdə "Şəhidlər Xiyabanı"nı ziyarətə gediblər və şəhidlərin xatirəsini yad ediblər.

Qeyd edək ki, fanklub bu ziyarətlə bağlı yayımladığı elan mətnində bu cür tədbirlərin hər il ənənəvi şəkildə təkrarlandığını vurğulayıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest