"Artıq bir həftədir ki, təlim-məşq toplanışımız davam edir. Baş məşqçinin tələblərini tam olaraq yerinə yetirmək üçün daha çox çalışırıq". Matç.az-ın məlumatına görə, bu sözləri "Sumqayıt"ın müdafiəçisi Vurğun Hüseynov deyib.
Klubun saytına açıqlama verən oyunçu Antalya toplanışını dəyərləndirib: "Burda olduğumuz müddətdə bir yoldaşlıq oyunu da keçirmişik. Düzdü, qələbə qazanmaq həmişə daha xoşdu, amma heç-heçə də pis deyil. Səhvlərimiz üzərində çalışıb maksimum dərəcədə yoluna qoymağa çalışacağıq. İnşallah 3-cü dövrədə daha da güclü "Sumqayıt" görəcəksiniz".
Qeyd edək ki, "Suqmayıt" keçirdiyi ilk yoxlama oyununda Qazaxıstanın "Jetısu" klubu ilə 1:1 hesabı ilə bərabərliyə razılaşıb, Bosniya və Herseqovina təmsilçisi "çelik"lə matç isə təxirə salınıb.