Antalyada təlim-məşq toplanışında olan "Zirə"nin hazırlıq planında dəyişiklik olub. Matç.az klubun feysbuk səhifəsinə istinadən xəbər verir ki, komanda əvvəlcədən nəzərdə tutulduğu iki hazırlıq oyununu keçirməyəcək.

Belə ki, yanvarın 23-də "Vorlska" (Ukrayna), 26-da isə "Şkupi"yə (Makedoniya) qarşı nəzərdə tutulan sınaq matçları, müvafiq olaraq ayın 22-də "Paksi" (Macarıstan) və 4 gün sonra isə "Tambov"a (Rusiya) dəyişdirilib.

Matçların keçirilmə saatı və məkanı ilə bağlı ətraflı məlumat veriləcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest