"Mançester Yunayted" İngiltərə Liqa kubokunun 1/16 final mərhələsində "Vest Hem"ə uduzub – 0:1. Matc.az xəbər verir ki, "qırmızı şeytanlar"ın hücumçusu Kristiano Ronaldo sözügedən oyunda iştirak etməyib.
 
Komandanın baş məşqçisi Ole-Qunnar Sulşer portuqaliyalı hücumçunun "Vest Hem"lə oyunda olmamasının səbəbini açıqlayıb:
 
"Ronaldonun gəlişinin komandaya böyük təsiri oldu. O, mümkün qədər çox oynamaq istəyir, amma bunun alınacağını düşünmürəm. Mövsümün sonunda uğur qazanmaq istəyiriksə, futbolçuları çox riskə atmamalıyıq. Müəyyən dəyişikliklər edərək, öz ritmimizi saxlayacağıq".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest