İtaliyanın "Sampdoriya" klubunun futbolçusu Fabio Kvalyarella A seriyasında ardıcıl 10-cu oyunda qol vurub. Matç.az xəbər verir ki, təcrübəli hücumçu "Fiorentina" ilə qarşılaşmada dubla imza atıb.

3:3 hesablı heç-heçədə 1 xalın qazanılmasında rolu olan Fabio bununla da rekorda bir addım da yaxınlaşıb. Kvalyarella Qabriel Batistutanın rekordunun bir addımlığındadı.

Argentinalı 1994-cü ildə ardıcıl 11 oyunda fərqlənmişdi. A seriyasının bu rekordu "Fiorentina"da gerçəkləşmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest