Antalyada təlim-məşq toplanışında olan "Keşlə"nin ikinci yoxlama oyunundakı rəqibi Serbiya "Dinamo"su qarşılaşmadan narazı qalıb. Matç.az xəbər verir ki, 2:0 hesabı ilə qalib gələn Vranye təmsilçisi qarşılaşma ilə bağlı açıqlama yayıb.

Burada serbiyalıların oyundan razılığı hiss olunur. Amma "Dinamo" hesabdan narazı qalıb: "Əla oyun oldu. Komandamız Antalya toplanışındakı ilk görüşdə gözəl qələbə qazandı. Amma hesab daha böyük olmalı idi. Lakin ən yaxşı bombardirimiz Jelko Dimitrovun müəllifi olduğu təmiz qolumuzu saymadılar".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest