Antalyada təlim-məşq toplanışında olan "Sabah"ın hazırlıq çərçivəsində son yoxlama oyununun vaxtı dəqiqləşib. Matç.az klubun feysbuk səhifəsinə istinadən xəbər verir ki, Elşad Əhmədovun yetirmələrinin son sınağı İsveçrənin "Syon" klubunun U-21 komandasına qarşı olacaq.

Sabahkı görüş Bakı vaxtı ilə 16:00-da başlayacaq. Matç "İC Santai" otelinin meydançasında baş tutacaq.

Qeyd edək ki, "Sabah" Antalya toplanışı çərçivəsində daha öncə keçirdiyi oyunlarda Türkiyənin "Əskişehirspor" klubunu məğlub edib (1:0), Qazaxıstan "Tobol"uyla heç-heçə edib (2:2), Macarıstan təmsilçisi MTK-dan isə üstün olub (3:1).

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest