Mövsümün ikinci yarısına Türkiyədə hazırlaşan "Qarabağ"ın 3-cü yoxlama oyununun vaxtı açıqlanıb. Matç.az klubun feysbuk səhifəsinə istinadən xəbər verir ki, Qurban Qurbanovun yetirmələri yanvarın 23-də Polşanın "Pyast" klubuyla qarşılaşacaq.

Görüş Bakı vaxtıyla saat 18:00-da start götürəcək. Matç "Gloria Sport Arena"da baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest