Portuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştianu Ronaldo karyerasında 25-ci dəfə penaltini qaçırıb. Matç.az xəbər verir ki, hücumçu A seriyasının "Kyevo" ilə görüşündə (3:0) qapıçı ilə dueldən məğlub ayrılıb.

Belə ki, Stefano Sorrentino portuqaliyalının zərbəsini dəf edib. 25-ci dəfə 11 metrlik nöqtədən fərqlənə bilməyən Romaldo bu mənfi statistikada Lionel Messiyə çatıb. "Barselona"nın argentinalı ulduzu da karyerasında 25 xətaya yol verib.

Lakin Ronaldo 139, Messi isə 108 penalti yerinə yetirib. Bir sözlə, portuqaliyalı belə imkanların 84, argentinalı isə 77 faizini qola çevirib.

Qeyd edək ki, Kriştianu ilk dəfə "Yuventus"un heyətində penalti qaçırıb. Onun əvvəlki 4 cəhdi uğurlu alınmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest