İngiltərə millisinin sabiq futbolçusu Eşli Koulun yeni komandası müəyyənləşib. Matç.az xəbər verir ki, təcrübəli müdafiəçi karyerasını "Derbi Kaunti"də davam etdirəcək.

38 yaşı futbolçu yeni klubu ilə mövsümün sonunadək müqavilə imzalayıb. O, "Derbi Kaunti"yə azad agent statusu ilə keçib.

2018-ci ilin noyabrında ABŞ-ın "Los-Anceles Qalaksi" klubu ilə müqaviləni uzatmayan Koul həmin vaxtdan işsiz idi. O, 2006-2014-cü illərdə birgə çıxış etdiyi Frenk Lempardın baş məşqçisi olduğu komandaya keçməyə razılıq verib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest