Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirilən Asiya kubokunda daha bir baş məşqçi postundan ayrılıb. Matç.az xəbər verir ki, Səudiyyə Ərəbistanı millisi başsız qalıb.

Yığmanın çalışdırıcısı Xuan Antonio Pitsi Yaponiya ilə oyundan sonra keçirilən mətbuat konfransında postundan ayrıldığını açıqlayıb. çilili mütəxəssis bildirib ki, başa çatan müqaviləsi uzadılmayacaq.

Buna onun yetirmələrinin 1/8 finaldakı 0:1 hesablı məğlubiyyəti səbəb olub. Bununla da mübarizəni dayandıran ərəbistanlılar 2017-ci ilin payızından yığmanı çalışdıran 50 yaşlı mütəxəssisi postunda saxlamamağa qərar verib.

Qeyd edək ki, Pitsi bu postda argentinalı Eduardo Bausanı əvəzləmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest