Türkiyə "Qalatasaray"ı heyətini gücləndirmək üçün Rusiya "Spartak"ının futbolçusu Luis Adrianonu transfer etmək istəyir. Matç.az xəbər verir, İstanbul klubu 31 yaşlı hücumçu üçün 6 milyon avro təklif edib.

Lakin Moskva təmsilçisi braziliyalı legionerini bu qiymətə buraxmaq istəmir. Rusiyalılar transferdən daha çox qazanmaq niyyətindədi. Bu üzdən "Spartak" "Qalatasaray"dan 10 milyon avro istəyir.

Qeyd edək ki, Adriano "Spartak"a 2017-ci ildə "Milan"dan keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest