"Arsenal"ın müdafiəçisi Ektor Bellerinin taleyinə aydınlıq gəlib. Matç.az xəbər verir ki, bu barədə klub rəsmi saytı vasitəsilə məlumat yayıb.

İspaniya millisinin üzvünün sol diz çarpaz bağlarının qopduğu aşkarlanıb. Yaxın günlərdə ulduz futbolçu əməliyyat olunacaq. Həkimlər onun sağalma müddətinin 6-9 ay çəkəcəyini bildiriblər. Cinah oyunçusu yalnız gələn mövsümdən meydana çıxa biləcək.

Qeyd edək ki, Ektor Bellerin bu mövsüm Premyer Liqada 19 oyunda 5 məhsuldar ötürmə ilə yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest