Türkiyənin "Başakşəhər" klubu heyətini gücləndirib. Matç.az xəbər verir ki, İstanbul klubu Demba Banı heyətinə qatıb.

33 yaşlı hücumçu icarə əsasında Superliqa klubunda oynayacaq. çinin "Şanxay Qrinlend Şenxua" klubundan icarəyə götürülən futbolçu mövsümün sonunadək "Başakşəhər"də oynayacaq.

Qeyd edək ki, seneqallı hücumçu əvvəllər də Türkiyədə çıxış edib. O, "Göztəpə" və "Beşiktaş"ın formasını geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest