Polşanın "Legiya" komandasının futbolçusu Tomaş Pexartın evi qarət olunub. Matc.az xəbər verir ki, bu barədə çexiyalı hücumçu "İnteria Sport"a müsahibəsində məlumat verib.
 
Onun sözlərinə görə, hadisə oktyabrın 5-də baş verib. Cinayətkarlar 32 yaşlı forvardın evindən pul, qızıl-zinət əşyaları və dəyərli saatlar oğurlayıblar. özü və ailəsinin şoka düşdüyünü söyləyən təcrübəli oyunçu polisə müraciət etdiklərini, istintaqın nəticəsini gözlədiklərini bildirib.
 
Pexart 2020-ci ilin fevralından "Legiya"da çıxış edir. Azərbaycan millisinin hücumçusu Mahir Emreli də Varşava təmsilçisinin şərəfini qoruyur.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest