İngiltərənin “Mançester Siti” komandası ciddi itki ilə üzləşib. Matc.az xəbər verir ki, “şəhərlilər”in yarımmüdafiəçisi Ferran Torres zədələnib.
 
Bu barədə Premyer Liqa nəhənginin rəsmi saytı məlumat yayıb. 21 yaşlı futbolçunun sağ ayağındakı zədə ilə əlaqədar bir müddət yaşıl meydanlardan kənarda qalacağı qeyd olunub.
 
Ferran Torres İspaniya yığmasının heyətində UEFA Millətlər Liqasının finalında Fransaya qarşı keçirdikləri matçda zədələnib. O, bu mövsüm “Mançester Siti”də meydana çıxdığı 4 matçda 2 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest