"Qəbələ" mövsümün ikinci yarısının hazırlıqlarını davam etdirir. Matç.az saytının məlumatına görə, "qırmızı-qaralar" Türkiyənin Antalya şəhərində təşkil olunan təlim-məşq toplanışının 10-cu gününü başa vurub.

Sənan Qurbanovun baş məşqçisi olduğu komanda günü iki məşqlə yekunlaşdırıb.

İlk məşq fitnes zalında gerçəkləşib. Futbolçular müxtəlif fiziki təmrinləri icra ediblər.

Günün ikinci yarısında baş tutan hazırlıq prosesi meydançada reallaşıb. Komanda üzvləri toplu çalışmaları yerinə yetiriblər.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest