Fransa kubokunda 1/16 final mərhələsi start götürüb. Matç.az xəbər verir ki, ilk oyun günündə 6 qarşılaşma baş tutub.

Aşağı liqa təmsilçilərinin də meydana çıxdığı gün əsasən qonaqlar üçün uğurlu alınıb. 4 cütdə qonaq komanda tur adlayıb. Uğursuzlar arasında "Monako" da yer alıb. "Knyazlıq klubu" aşağı dəstə təmsilçisi "Mets" səddinə ilişib.

Fransa kuboku

1/16 final

22 yanvar

"Andrezio" – "Duşe" – 1:2

"Nansi" – "Genqam" – 1:2, əlavə vaxtda

"Tuluza" – "Reyms" – 4:4, pen.4:3

"Villefranş" – "Herbie" – 2:0

"Monako" – "Mets" – 1:3

"Sete" – "Lill" – 0:1

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest