Birləşmiş Ərəb Əmirliklərində keçirilən Asiya kubokunda 1/8 final mərhələsinə yekun vurulub. Matç.az xəbər verir ki, raundun son günündə 2 qarşılaşma baş tutub.

Cənubi Koreya Bəhreyni yalnız əlavə vaxtda üstələyə bilib. Qətər isə İraq üzərində qələbəylə 1/4 finala yüksəlib.

Bununla da növbəti mərhələnin bütün cütləri dəqiqləşib. Yanvarın 24-də Vyetnam – Yaponiya, çin – İran, ertəsi gün Cənubi Koreya – Qətər, BƏƏ – Avstraliya oyunları baş tutacaq.

Asiya kuboku

1/8 final

22 yanvar

Cənubi Koreya – Bəhreyn – 2:1, əlavə vaxtda

Qətər – İraq – 1:0

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest