19 yaşadək futzalçılar arasında ilk Avropa çempionatına start verilib. Matç.az xəbər verir ki, yarışın təsnifat mərhələsində ilk turun görüşləri keçirilib.

Mübarizəyə əsas seçmə mərhələdən başlayacaq Azərbaycan millisinin rəqibinin müəyyənləşdiyi B qrupunda 2 görüş baş tutub. Potensial rəqiblərimizin duellərində darmadağın qeydə alınıb.

Kosovo meydan sahibi San-Marinonu 11:2 hesabı ilə məğlub edib. Kipr isə İsveç üzərində böyükhesablı qələbə qazanıb – 6:1.

Qeyd edək ki, yığmamız martın 26-31-də keçiriləcək əsas seçmə mərhələdə 2-ci qrupda mübarizə aparacaq. Komandamızın rəqibləri meydan sahibi Sloveniya, Hollandiya və B qrupunun qalibi olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest