02 Oktyabr 2018, 12:09
FUTBOL
21 yaşadək futbolçular arasında çexiya çempionatında X turun oyunları keçirilib. Matç.az saytının məlumatına görə, Azərbaycanın gənclər millisinin yarımmüdafiəçisi Fərid Nəbiyevin komandası "Slaviya" doğma azarkeşləri önündə meydana çıxıb.
Praqa təmsilçisi "Dukla"nı qəbul edib. Start heyətində meydana daxil olan həmyerlimiz 85-ci dəqiqədə yerini komanda yoldaşına verib. Maraqlıdı ki, məhz onun əvəzlənməsindən sonra "Dukla" qələbə qolunu vurub.
2:3 hesabı ilə məğlub olan "Slaviya"nın aktivində 10 xal var. Komanda 12 komanda arasında 10-cu sırada qərarlaşıb.