"çelsi"nin yarımmüdafiəçisi Eden Azar "Real"la anlaşıb. Matç.az saytının Britaniya mətbuatına istinadən məlumatına görə, Belçika millisinin üzvü "kral klubu" ilə hərtərəfli razılığa gəlib.

Anlaşmaya əsasən, ulduz futbolçu mövsümün sonunda ispanlarla 5 illik müqavilə imzalayacaq. Onun illik məvacibi 13 milyon avro olacaq. Bundan başqa, komanda La Liqanın qalibi olacağı, həmçinin futbolçu "Qızıl top"u qazanacağı təqdirdə əlavə 1 milyon avro mükafat əldə edəcək. "Real"ın çempionlar Liqasını qazanması isə 28 yaşlı oyunçunun əlavə 1,5 milyon avroluq mükafat almasına səbəb olacaq.

Azarla müqavilənin detallarını artıq razılaşdıran "Real" indi "çelsi" ilə anlaşmağa çalışır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest