23 Yanvar 2019, 21:27
FUTBOL
"Məncə, pis oynamadıq. Sadəcə, iki epizodda diqqətsizlik etdik". Matç.az xəbər verir ki, bunu "Neftçi"nin yarımmüdafiəçisi Soni Mustivar "Slovan"la yoxlama oyunundan sonra klubun rəsmi saytına deyib.
Haitili futbolçu komandasının 1:2 hesabı ilə məğlub olduğu oyun barədə fikirlərini açıqlayıb: "Təəssüf ki, hər iki vəziyyət qapımıza qolla nəticələndi və buna görə də məğlub olduq. Sınaq matçı olmasına baxmayaraq, uduzmaq istəməzdik. ümumiyyətlə, yoxlama oyunlarının hamısına ciddi yanaşırıq. çünki, fikrimcə, məşqlərimiz oyunda öz əksini göstərir. Məşqlərdə səhvlərimiz üzərində çalışırıq. Daha da yaxşı oynamalıyıq ki, komandada özünəinam artsın".