23 Yanvar 2019, 21:46
FUTBOL
"Yaxşı rəqiblə qarşılaşdıq. Bununla belə, məğlubiyyətə layiq deyildik". Matç.az xəbər verir ki, bunu "Neftçi"nin yarımmüdafiəçisi Mamadu Kane "Slovan"la yoxlama oyunundan (1:2) sonra klubun saytına açıqlamasında deyib.
Qvineyalı futbolçu çempionatın ikinci hissəsinin startınadək tam hazır olacağıqlarına inandığını bildirib: "çox çox yaxşı heyətimiz var. ümumiyyətlə, komandaya uyğunlaşmaq mənim üçün çətin olmadı. Futbolçularımız mənə dostcasına münasibət göstərirlər. Onlarla oynamaqdan zövq alıram. İnanıram ki, çempionatın ikinci hissəsinin startınadək tam hazır olacağıq".