Topaz Premyer Liqasının ikinci yarısına Türkiyənin Antalya şəhərində hazırlaşan "Zirə"nin baxışa dəvət etdiyi daha bir futbolçunun adı məlum olub. Matç.az xəbər verir ki, paytaxt təmsilçisi Botsvana millisinin futbolçusu Mfo Kqasvaneni sınayacaq.

Tibbi müayinədən keçdikdən sonra komandanın məşqlərinə qatılacaq afrikalı qəsəbə klubunun orta sahəsini gücləndirməlidi. 29 yaşlı yarımmüdafiəçi bunun üçün öncə baxışda özünü yaxşı tərəfdən göstərməlidi.

2015-ci ildən ölkəsinin millisinə çağırılan Mfo vətənində "Qabborone Yunayted"in şərəfini qoruyur. Peşəkar karyerasına da bu klubda başlayan yarımmüdafiəçi legioner kimi ilk dəfə ölkədən xaricdə oynamaq imkanı qazanıb.

Qeyd edək ki, "Zirə" digər afrikalı malavili Robin Nqalandeni də baxışdan keçirir.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest