24 Yanvar 2019, 13:47
FUTBOL
İngiltərənin məşhur "Deloitte" şirkəti Avropanın ən çox qazanan futbol klublarının siyahısını açıqlayıb. Matç.az xəbər verir ki, 2017/18 mövsümünü araşdıran mütəxəssislər lider dəyişikliyini qeydə alıb.
İspaniya "Real"ı ötən mövsümdə 750,9 milyon avro əldə edib. 2-ci sırada isə bu ölkənin digər komandası "Barselona" qərarlaşıb – 690,4 milyon avro.
1 il əvvəl siyahıya başçılıq edən "Mançester Yunayted" isə zirvəni 3-cü pilləyə dəyişib. İngiltərə klubu 666 milyon qazanıb.
"Bavariya" (629,2), "Mançester Siti" (568,4), PSJ (541,7), "Liverpul" (513,7), "çelsi" (505,7), "Arsenal" (439,2), "Tottenhem" (428,3), "Yuventus" (394,9) və Dortmund "Borussiya"sı (3 17,2) da ön sıralarda qərarlaşıb.