Asiya Kubokunda ilk yarımfinalçılar bəlli olub. Matç.az saytının məlumatına görə, bu gün 1/4 finalın iki matçı keçirilib.

Günün ilk qarşılaşmasında Vyetnamla Yaponiya üz-üzə gəlib. Görüş yaponların minimalhesablı qələbəsi ilə yekunlaşıb. Doan 57-ci dəqiqədə komandasını yarımfinala çıxaran qola imza atıb.

Növbəti yarımfinalçı isə İran olub. Cənub qonşularımız çinlə oyunda böyükhesablı qələbəyə seviniblər. Mehdi Taremi, Sərdar Azmun və Kərim Ənsərifərd qələbənin memarları olublar.

Qeyd edək ki, sabah keçiriləcək Cənubi Koreya – Qətər və BƏƏ – Avstraliya matçları ilə mərhələyə yekun vurulacaq.

 

Asiya Kuboku

1/4 final

Vyetnam – Yaponiya – 0:1

Ritsu Doan, 57 (pen.)

çin – İran – 0:3

Mehdi Taremi, 18, Sərdar Azmun, 31, Kərim Ənsərifərd, 90+1

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest