Tyerri Anri "Monako"dan uzaqlaşdırılıb. Matç.az klub saytına istinadən xəbər verir ki, fransalı futbolçu hələlik müvəqətti olaraq komandadan ayrılıb.

Rəhbərlik komandanın uğursuz çıxışlarına görə bu addımı atıb. Onunla bağlı son qərarın yaxın bir neçə gün ərzində veriləcəyi deyilir. Komandaya isə hələlik Frank Passi başçılıq edəcək.

Anrinin heyətdən uzaqlaşdırdığı 5 oyunçunun aqibəti ilə bağlı də qərar verilməyib.

Qeyd edək ki, "Monako" 21 turdan sonra turnir cədvəlinin 19-cu pilləsində qərarlaşıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest