25 Yanvar 2019, 00:49
FUTBOL
"çelsi" Qonzalo İquaynı rəsmi olaraq təqdim edib. Matç.az saytının məlumatına görə, "zadəganlar" EFL Cup-ın "Tottenhem"lə oyununda əvvəl hücumçunu azarkeşlərin qarşısına çıxardıb.
"çelsi" forması ilə meydana gələn azarkeşlərin dəstəyini alan forvard daha sonra matçı izləyib.
Qeyd edək ki, London klubu Qonzalo İquaynı mövsümün sonuna kimi "Yuventus"dan icarəyə götürüb. Bunun üçün qarşı tərəfə 9 milyon avro ödənəcək.
Welcome to Stamford Bridge, @G_Higuain! 🙌 #CHETOT pic.twitter.com/ykQJCPUQPW
— Chelsea FC (@ChelseaFC) 24 Ocak 2019