25 Yanvar 2019, 01:52
FUTBOL
İngiltərə EFL Kubokunda ikinci yarımfinalın cavab qarşılaşması keçirilib. Matç.az saytının məlumatına görə, finala çıxmaq uğrunda "çelsi" ilə "Tottenhem" qarşılaşıb.
Oyun "çelsi"nin qələbəsi ilə başa çatıb 2:1. Ancaq ilk görüşdə "Tottenhem" qələbə qazandığı və ev-səfər prinsipi olmadığı üçün qalibi müəyyələşdirmək məqsədilə penalti vuruşlarına ehtiyac duyulub.
"Lotoreya"da daha dəqiq oynayan Maurisio Sarrinin komandası 4:2 hesabı ilə qalib gələrək finalda "Mançester Siti"yə rəqib olub.
İngiltərə EFL kuboku
Yarımfinal (cavab oyunu)
"çelsi" – "Tottenhem" – 2:1 (ilk oyun: 0:1)
Qollar: Kante, 27, Azar, 38 – Llorente, 50
Penaltilər – 4:2