"Qarabağ"ın U-15 və U-17 komandaları beynəlxalq yoxlama oyunları keçirib. Matç.az xəbər verir ki, Ağdam təmsilçisinin yeniyetmə futbolçuları Gürcüstanın "Rustavi" klubunun bu yaş qrupları üzrə komandalarıyla üz-üzə gəlib.

Hər iki qarşılaşmada "Qarabağ" qələbə qazanıb. 15 yaşadək futbolçulardan ibarət komanda rəqibini 3:1 hesabı ilə yenib. 17 yaşadək futbolçulardan ibarət komanda isə Gürcüstan təmsilçisini 4:1 hesabıyla məğlub edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest