Birləşmiş Ərəb Əmirliklərində keçirilən Asiya kubokunda daha bir yığma baş məşqçisiz qalıb. Matç.az xəbər verir ki, buna 1/4 final mərhələsinin ilk oyun günü səbəb olub.

Məşhur mütəxəssis Marçello Lippi çin yığmasının "sükanı arxası"ndan gedib. Bu, onun yetirmələrinin İranla görüşdə 0:3 hesabı ilə darmadağın olmasından sonra gerçəkləşib.

Müqaviləsi başa çatan italiyalı bu oyunun çində son sınağı olduğunu açıqlayıb. Lippi bununla da anlaşmanın uzadılmayacağına eyham vurub.

Qeyd edək ki, 70 yaşlı Lippi 2006-cı ildə İtaliya millisi ilə dünya çempionu olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest