İtaliyanın "Milan" klubu futbolçusu Stefan Şimiçi icarəyə verib. Matç.az xəbər verir ki, çexiyalı müdafiəçi karyerasını elə A seriyasında davam etdirəcək.

O, autsayderlər qrupunda qərarlaşan "Frozinone"yə keçib. Şimiç müqavilənin sonunadək bu komandada çıxış edəcək.

24 yaşlı legioner bunadək də icarədə olub. O, əvvəl "Krotone"yə icarəyə verilmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest