İtaliya "Yuventus"unun futbolçusu Stefano Sturaro komandadan ayrılıb. Matç.az xəbər verir ki, yarımmüdafiəçi A seriyasının digər klubu "Cenoa"ya icarəyə verilib.

25 yaşlı futbolçu artıq Genuya təmsilçisinə qoşulub. Mövsümün sonunadək icarəyə verilən Sturaronun sonradan alınma qiyməti 8,5 milyon avrodu. Lakin Stefano uğurlu çıxış etsə, bu rəqəm ikiqat arta da bilər.

Qeyd edək ki, Sturaro məhz "Cenoa"nın yetirməsidi. O, 2014-cü ildə Turin klubuna keçib və bu müddətdə həm sabiq komandasında, həm də Portuqaliya "Sportinq"ində icarədə olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest