Amerika Kuboku-2019-un püşkatma mərasimi keçirilib. Matç.az saytının məlumatına görə, 12 komanda 3 qrupa bölünüb.

İştirakçılardan 10-u Cənubi Amerika təmsilçisi digər iki komanda isə Yaponiya və Qətərdi. 46-cı dəfə təşkil olunan turnir iyunun 14-dən iyulun 7-dək Braziliyada keçiriləcək.

A qrupu: Braziliya, Peru, Boliviya, Venesuela

B qrupu: Argentina, Kolumbiya, Paraqvay, Qətər

C qrupu: Uruqvay, Ekvador, Yaponiya, çili

Qeyd edək ki, bu gün həmçinin turnirdə istifadə ediləcək top təqdim olunub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest