İtaliyanın A seriyasında növbəti futbolçu keçidi gerçəkləşib. Matç.az xəbər verir ki, "Udineze" heyətini yeni oyunçu ilə gücləndirib.

Udine təmsilçisi "Bolonya"da çıxış edən Sebastyan de Mayonu icarəyə götürüb. 31 yaşlı fransalı müdafiəçi mövsümün sonunadək yeni klubunda oynayacaq.

Qeyd edək ki, De Mayo cari mövsüm A seriyasında 6 oyun keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest