"Zirə" Türkiyə toplanışını başa vurmağa hazırlaşır. Matç.az saytının məlumatına görə, bakılılar sabah son yoxlama görüşünü keçirəcək.

Samir Abasov yetirmələrini "Tambov"la qarşılaşmada sınayacaq. Ruslarla "Papillon" otelin meydançasında keçiriləcək oyun Bakı vaxtı ilə 18:00-da start götürəcək.

Qeyd edək ki, "Zirə" Antalya toplanışı çərçivəsində Rumıniya "Voluntari"sinə 1:0 hesabı ilə qalib gəlib, Macarıstan təmsilçisi "Paksi" ilə bərabərə (1:1) qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest