Futzal üzrə AVRO-2022-yə ev sahibliyi etmək istəyən ölkələrin siyahısı açıqlanıb. Matç.az xəbər verir ki, Azərbaycan yığmasının daimi iştirakçılarından birinə çevrildiyi final mərhələsinə 7 ölkə iddia edir.

Oktyabrın 12-dən başlayan müraciət müddətində UEFA-ya Bosniya və Herseqovina, Fransa, Qazaxıstan, Litva, Hollandiya, Portuqaliya İsveç rəsmən marağını təqdim edib.

Yanvarın 21-də başa çatan vaxtda məhz bu iddiaçılar qeydə alınıb. Namizədliyi qeydə alınan ölkələr mayın 30-na qədər lazım olan sənədləri, arenalar və təşkilatçılıqla bağlı digər zəruri məsələləri UEFA-ya təqdim etməlidi.

Qurum seçimini bu ilin sentyabrında gerçəkləşdirəcək. Ayın 24-də İcraiyyə Komitəsi meydan sahibini açıqlayacaq.

Qeyd edək ki, AVRO-2022-dan başlayaraq qitə çempionatında 12 deyil, 16 yığma mübarizə aparacaq. Həm də hələlik iki ildən bir təşkil olunan turnir həmin vaxtdan sonra 4 ildən bir keçiriləcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest