26 Yanvar 2019, 10:02
FUTBOL
"Qarabağ" Antalyada baş tutan qış təlim-məşq toplanışında sonuncu məşqinə çıxıb. Matç.az xəbər verir ki, komandanın son hazırlığı dünən axşam saatlarında meydançada baş tutub.
Futbolçular isinmə hərəkətlərinin ardından taktiki çalışmaları yerinə yetirib. Məşq iki tərəfli oyunla yekunlaşıb.
Mikrozədələri olan iki futbolçu - Miçel və Abdullah Zubir komandayla məşqlərə başlayıb. Digər zədəli Reynaldo Silva isə fizioterapevt nəzarəti altında fərdi məşqlə kifayətlənib.