26 Yanvar 2019, 11:01
FUTBOL
Məşqçi hansı mövqeyə təyin etsə - istər cinahlarda, istər də hücumda oynamağa hazıram.
"Toplanış normal keçdi. çox yaxşı hazırlaşdıq". Matç.az xəbər verir ki, bunu "Neftçi"nin futbolçusu Baqali Dabo klubun saytına açıqlamasında deyib.
Fransalı hücumçu komandasının Antalya toplanışı barədə fikirlərini açıqlayıb: "Bu gün son yoxlama oyunumuza çıxacağıq. İnanıram ki, çempionatın ikinci hissəsinin startınadək tam hazır olacam. Məşqçi hansı mövqeyə təyin etsə – istər cinahlarda, istər də hücumda oynamağa hazıram. önəmli olan meydana çıxmağımdır. Meydanda olanda komandaya fayda vermək üçün əlimdən gələni edirəm".