"Monako" baş məşqçi təyinatını açıqlayıb. Matç.az xəbər verir ki, Leonardu Jardim yenidən Liqa1 təmsilçisinə rəhbərlik edəcək.

44 yaşlı portuqaliyalı ilə 2,5 illik müqavilə imzalanıb. O, əvvəlki köməkçiləri ilə birlikdə vəzifəsinə sabah qayıdacaq.

"Dijon"la bugünkü çempionat oyununda isə "Knyazlıq klubu"nu meydana köməkçi məşqçi Frank Passi çıxaracaq.

Qeyd edək ki, 2018-ci ilin oktyabrında "Monako"nun baş məşqçisi postundan istefaya göndərilən Jardimi Tyerri Anri əvəzləmişdi. Portuqaliyalı 3 aydan sonra postuna qayıdıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest