İspaniya "Betis"inin futbolçusu Antonio Sanabriya karyerasını İtaliyada davam etdirəcək. Matç.az xəbər verir ki, 22 yaşlı hücumçu yenidən A seriyasında oynayacaq.

Paraqvay millisinin futbolçusu "Cenoa"ya icarəyə verilib. O, mövsümün sonunadək Genuya klubunda çıxış edəcək.

İtaliyalılar oyunçunu yayda 20 milyon avroya transfer etmək hüququna da yiyələnib. Bu məbləğin 50 faizi "Roma"ya çatacaq. çünki Sanabriya məhz paytaxt klubundan "Betis"ə keçmişdi.

Qeyd edək ki, hücumçu İspaniyadakı 3 mövsümdə 54 oyuna 14 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest