Türkiyədə təlim-məşq toplanışında olan "Sumqayıt"ın bu gün keçirməli olduğu iki oyundan biri yarımçıq qalıb. Matç.az xəbər verir ki, Almaniya təmsilçisi "Optik"lə qarşılaşmanın ikinci hissəsi baş tutmayıb.

Fasiləyədək 0:1 hesabı ilə uduzan Ayxan Abbasovun yetirmələri ikinci yarıya çıxa bilməyib. Buna kəskin hava şəraiti səbəb olub.

Bununla əlaqədar olaraq "Sumqayıt" - "Optik Rathenow" qarşılaşmasının 2-ci hissəsi baş tutmayıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest