Bu gün Bakı vaxtı ilə saat 18:00-da (Yerli vaxtla 17:00) "Zirə" Türkiyədəki təlim-məşq toplanışında son oyununa çıxacaq. Matç.az klubun saytına istinadən xəbər verir ki, "Qartallar" Rusiya təmsilçisi "Tambov"la görüşəcək.

Bu, Samir Abasovun yetirmələrinin Antalya hazırlığı çərçivəsində 3-cü sınağı olacaq. Əvvəlki oyunlarda Rumıniya "Voluntari"si və Macarıstan "Paksi"sinə eyni – 1:0 hesabı ilə qalib gələn "Zirə" ardıcıl 3-cü qələbəsini qazanmağa çalışacaq.

Paytaxt təmsilçisi meydanı qələbə ilə tərk etsə, Türkiyədə baş tutan beynəlxalq yoxlama matçlarında 10-cu dəfə qalib gələcək. 8-ci dəfə qonşu ölkədə toplanış keçən komanda indiyədək 9 dəfə xarici klubları məğlub edib. 20 matçda 4 heç-heçə və 7 məğlubiyyəti də olan qəsəbə təmsilçisi 25 qol vurub və 18-ni buraxıb.

Əsası 2013-cü ildə qoyulan "Tambov" artıq 3 ildir I divizionda – Milli Futbol Liqasında mübarizə aparır. ötən il 4-cü yeri tutan eyniadlı şəhərin komandası cari çempionatda qış fasiləsinə lider kimi yollanıb.

Tambov təmsilçisi "Zirə"nin bu ölkədən olan ikinci rəqibidir. "Qartallar" indiyədək 1 dəfə Rusiya təmsilçisi ilə üz-üzə gəlib. 2018-ci il yanvarın 30-da komanda "Avanqard"la görüşüb. Həmin vaxt şimallılar 3 cavabsız qolla qələbə qazanıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest