"Sabah"ın sabiq futbolçusu Vitali Kvaşuk özünə yeni komanda tapıb. Matç.az xəbər verir ki, paytaxt təmsilçisinin qış fasiləsində yollarını ayırdığı ukraynalı karyerasını Belarusda davam etdirəcək.

Yarımmüdafiəçi "Qomel"lə müqavilə imzalayıb. Anlaşma mövsümün sonunadək nəzərdə tutulub.

Qeyd edək ki, Vitali yarım mövsüm keçirdiyi "Sabah"da 11 matçda 1 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest