12 Oktyabr 2018, 10:37
FUTBOL
Fransa ilə yoldaşlıq görüşü keçirən İslandiya millisi qələbəni əldən verib. Matç.az saytının məlumatına görə, islandlar Genqamdakı qarşılaşmada 2 top fərqi ilə öndə olmalarına baxmayaraq, son 4 dəqiqədə buraxdığı qollarla heç-heçəyə qane olub.
"Qarabağ"ın qapıçısı Hannes Halldorsson fasilədən sonra, komandası 1:0 hesabı ilə öndə olarkən meydana daxil olub. Lakin 34 yaşlı qolkiper əvvəlcə 86-cı dəqiqədə avtoqolun, son saniyələrdə isə Kilian Mbappenin penalti zərbəsinin qarşısını ala bilməyib – 2:2.
Qeyd edək ki, İslandiyanın heyətində Birkir Byarnason (30), Kari Arnason (58) fərqlənib.